Qafqaz müsəlmanlarına xitab
Əssəlam, ey əhaliyi Qafqaz,Ey rəisani-sahibül-ezaz!
Əssəlam, ey güruhi-xeyr-əsər,Millətin qeyrətin çəkən kəslər!
…Dadü fəryad, ey güruhi-izam,Oldu zaye bu milləti-islam.
Günü-gündən zəlilü xar oluruq,Möhnətü qüssəyə düçar oluruq.
Bu qədər dərd kim olur hadis,Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi-nadani,Ki, onun elm olubdu dərmani.
Bu təəccübdür, ey güruhi-bəşər,Bir kişi yatsa, naxoş olsa, əgər,
Axtarır bir təbibi-danadil,Ta ki səhhət ola ona hasil.
İndi naxoşdu milləti-islam,Ona lazımdır eyləmək əncam.
Dərdimizdir bu dərdi-nadanlıqKi, tutubdur bizi pərişanlıq.
Qeyrilər etdilər tərəqqiyi-tam,Qaldı zillətdə firqeyi-islam.
Hər vilayətdə var beş-on kəsəbə,Əlli min seyyidü axund, tələbə.
Əlli dərviş, əlli mərsiyəxan,Hamının sözləri tamam yalan.
Əlli min suxtə, əlli min sail,Əlli min hoqqabazi-naqabil.
Hamının fikri xalqı soymaqdır,Quru yerdə bu xalqı qoymaqdır.
Xalqa bunlar hamı qurublar dam,Bir bunu anlamır bu qövmi-avam.
Bizə qeyrilər eyləyir töhmət,Çün tərəqqi edibdir hər millət.
Gərçi var iş qanan kişi tək-tək,Əksəri-xalq avamdır bişək.
…Bilmirik biz hədis mənasın,Qanmırıq əhli-şər fitvasın.
Bixəbər olmuşuq şəriətdən,Başımız çıxmır elmi-hikmətdən.
Kəsb üçün Həzrəti-Rəsulüllah,Dedi: "Əlkasibü həbibüllah".
…Ziynəti-şəxs elmi-ürfandır,Elmsiz şəxs misli-heyvandır.
…Çünki var idi bizdə nadanlıq,Bizə üz verdi çox pərişanlıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-qafqaz-muselmanlarina-xitab
Use ← → keys to move, R for a random poem
More by this author
Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim.Bu səfərdən tapıban ay kimi nöqsan, gəldim.
Məni hər kim edib ol mahliqadən məhrumMəni hər kim edib ol mahliqadən məhrum,Görüm olsun onu əltafi-xudadən məhrum.
Girib həmmam ara dildarı gördümGirib həmmam ara dildarı gördüm,Təcəlladən əyan didarı gördüm.
Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəmYar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm,Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm.
Poems by other poets · Wisdom and advice
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
دلی نداشتم آنهم که بود، یار ببردکدام دل که نه آن یار غمگسار ببرد
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Hicran ağla dedi, vüsal gül dediDənizsahilində dayanmışam tək,Ani tənhalıqdan sıxıldı ürək.