Bu naməni ki, yari-dilaram göndərib,Canə sürur, könlümə aram göndərib.

Kafurə sehr ilə eləyib müşkdən rəqəm,Sübh üzrə ya ki, nəqş qılıb şam göndərib.

Bu namə ilə canə verib sərfərazlıq,Nakamü zar könlümə bir kam göndərib.

Öz aşiqi-şikəstədilü biqərarına,Ol namə ilə bir neçə peyğam göndərib.

Bilmiş günüm fəraqı ilə qarə olduğun,Dərdü qəmü fəraqə sərəncam göndərib.

Maqta — the closing couplet bearing the poet’s pen name. Etmiş visalə Seyyidi-zarın ümidvar,Öz mübtəlası könlünə aram göndərib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation