Siyah zülfün olub ruyüvə niqab dedim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Siyah zülfün olub ruyüvə niqab dedim,Bu gün genə tutulub, ey məh, afitab dedim.
Dəhani-yar ki, bir nöqtədir, nədir sirri,Vücuda gəldi, bu yox vəsfi bir kitab dedim.
O xətti-ruyinə zülfi əlaqəsi gətirib,Həbəş sipahına rəhbər olub qürab dedim.
Dedim şərab ləbi-ləlüvi, zəhi-xiclət,Nə məstlikdi bu kim, mən şərabə ab dedim.
Rəvadi qan ola dil, ey cəmalı xurşidim,Ləbi-lətifüvi nisbətdə ləli-nab dedim.
O ruhi-əzəmi kəmtər cəmada bənzətdim,Məsihə töhməti mən xanimanxərab dedim.
Həvəslə şərh elədim arizin gülüstanın,Behişti-həşt-dəri xəlqə bab-bab dedim.
Xəyali-vəslin ilə pür görüb dili-zarı,Dolub həvayi-məhəbbətlə bir hübab dedim.
Rəqibi yar ilə görməkdən ölməgim xoşdur,Amandı qanımı tök, eylə bir səvab, dedim.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ləb üstə xalını gördüm o növsərin, Seyyid,Qonubdu şəkkərə bir bəxtəvər zubab, dedim.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-siyah-zulfun-olub-ruyuve-niqab-dedim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.