Bütün gözəlliyi tanrım o sərvinazə verib
Bütün gözəlliyi tanrım o sərvinazə verib,O hər nə etsə, təbiət ona icazə verib.
Ol ahugözlü məni qorxuram xətayə salaKi, fitnəsilə çox aşiqləri güdaza verib.
Əyildi səcdəyə, mehrab gördü qaşlarını,Odur ki, əhli-riya meylini namazə verib.
Gülərdi qırx gözəl eşqilə, ağlayardı Xəzər,Həmin o zövqü səfanı Kürə, Arazə verib.
Cəmalı Yusifə, cahü cəlali Məhmudə,Kəmalü mərifəti, sirri var, Əyazə verib.
Gözəllik aləminin şəhriyarıdır bu pəri,Buna bu səltənəti-hüsni indi tazə verib.
Bu fəqrimiz bizə, Vahid, böyük səadətdir,Zəmanə, sərvət ağır yükdür, annamazə verib.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-butun-gozelliyi-tanrim-o-servinaze-verib
Use ← → keys to move, R for a random poem
More by this author
Olma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?
YaxşıdırBavəfa olmaqdan isə bivəfalıq yaxşıdır,Baədalıqdan nə ləzzət, biədalıq yaxşıdır.
Nə imişMollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!