Yaxşıdır
Bavəfa olmaqdan isə bivəfalıq yaxşıdır,Baədalıqdan nə ləzzət, biədalıq yaxşıdır.
Hakimiyyət rütbəsini sanma İran şahi tək,İstəmə alilik, əlbəttə, gədalıq yaxşıdır.
Surəti-zahirdə xalqa ol şəriət hakimi,Batinən salusü təzvirü riyalıq yaxşıdır.
Ölsə də millət acından, məncə, pamal olsa da,Bir qəpik sərf etmə əsla, kəmsəxalıq yaxşıdır.
Varsa ağlın, gözləmə namusü arü qeyrəti,Faidə yoxdur həyadan, bihəyalıq yaxşıdır.
Saxla yadında, əzizim, yar ilə biganə ol,Qeyri millətlərlə etmək aşinalıq yaxşıdır.
Qoyma, sansınlar səni ayineyi-aləmnüma,Olma düz, cəhd eylə, kəc ol, kəcnümalıq yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-yaxsidir
Use ← → keys to move, R for a random poem
More by this author
Qəmli könlüm yenə şad oldu, ruxi-yarı görüb,Arizində o məhin türreyi-tərrarı görüb.
Ey könül, eyləmə bülbül kimi əfqan bu gecəEy könül, eyləmə bülbül kimi əfqan bu gecə,Sən gərəkdir, olasan gül kimi xəndan bu gecə!
Ey könül, var bu ziyafətdə şərafət bu gecəEy könül, var bu ziyafətdə şərafət bu gecə,Bir gözəl növrəs üçündür bu ziyafət bu gecə.
Bir az da, gəlin, gözləyək ol yar gəlincəBir az da, gəlin, gözləyək ol yar gəlincə,Min naz ilə ol sevgili dildar gəlincə!