Uzanır danışıqlar,İmzalanır sənədlər.Xəritədə aləməGöstərilir sərhədlər....

Səsimizə səs verirDünya başbilənləri;Ümid sənədir ancaq,Azərbaycan əsgəri!

Dəyirmi masalardaİzi var dirsəklərin...Ağla sığan söhbəti,Sözü var dəstəklərin,Yardım bağlamasındaÖzü var dəstəklərinLap lə’l-cavahir olsunHər yardımın dəyəri...Ümid sənədir ancaq,Azərbaycan əsgəri!

Diplomat cənablarınHər biri hörmətlidir.Bu məqamda ölkəməTəşrifi qiymətlidir.Rə’yi təqdirə layiq,Rə’yi ədalətlidir.Gözdən-nəzərdən salanKimdir ki, bu işləri?Ümid sənədir ancaq,Azərbaycan əsgəri!

İşğal altında qalırTorpağımız-daşımız,Nələr görmür gözümüz,Nələr çəkmir başımız.Qarışıb bir-birinəBaharımız-qışımız.Çadır göstərmək olubHər çatana peşəmiz...Sərgi olmasın deyəBu mil-muğan düzləri

Ümid sənədir ancaq,Azərbaycan əsgəri!

Ali qonaqlar gəlirDünyanın hər yerindən.Ürək yanır, göz dolurŞəhid qəbirlərindən...Düşünüb daşınıramÖzlüyümdə dərindən:İntiqam ala bilməz,Qana qan ola bilməzMəzarları bəzəyənEhtiram çiçəkləri...Ümid sənədir ancaq,Azərbaycan əsgəri!

Söhbətlər çözələnir,Bir şey görünmür hələ,Heyətlər təzələnir,Bir şey görünmür hələ.Müddətlər təzələnir,Bir şey görünmür hələ.

Açılmır ki, açılmırDüyünü bu torpağın.Qov alışa bilərmi,Od saçmasa çaxmağın?

İldırımlardan beləUmma bu zərrələri,Ümid sənədir ancaq,Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm,Mən də qan istəmirəm.Təzə-tər qərənfilliXiyaban istəmirəm.Tükənir səbrim fəqət,Sazişlər,Qətnamələr,BəyanətlərKifayət!KiyafətlərKifayət!Ziyafət dumanındaNəzakətlər kifayət!

Yurdsuzlara yurd olanBiyaban istəmirəm!

Yellənsin sülh bayrağı,Bu bayrağa kəm baxan,Həm baxmayan,Həm baxanBədgüman istəmirəm,Sevindirsin millətiQoy sülhün şad xəbəri,Ümid sənədir ancaq,Azərbaycan əsgəri!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland