Toxucu olmaq istəsən -Millə zarafat eyləmə,Millə zarafat eyləmə!Yazıçı olmaq istəsən,Dillə zarafat eyləmə,Dillə zarafat eyləmə!

Əkizlərin oxşarı var -Oxşarı oxşardan ayır!Atın cilovu-yüyəni,Dəvəninsə ovsarı var,Cilovu ovsardan ayır!Yumağın şara oxşarı var,Gəl, yumağı şardan ayır!Pambıq da ağdı, qar da ağGəl, pambığı qardan ayır!Sən hər cunaya tül deyib -Tüllə zarafat eyləmə,Tüllə zarafat eyləmə!

Zahiri durğunluğu yox,Batini durğunluğu gör!Zahiri vurğunluğu yox,Batini vurğunluğu gör!Zahiri yorğunluğu yox,Batini yorğunluğu gör!Yoğunu da, naziyi də -Tapançasız nə beldi bel?Baş aparıb tapançalıBellə zarafat eyləmə,Bellə zarafat eyləmə!

Sözün sözə bənzəri var -Bənzərə zahir deginən.Rədd elə ləntəranini,Mətləbə dair deginənRabitəsiz qafiyə fıs...Zəncirə mahir deginən,Hər sözün öz gövhəri var.Sərrafa şair deginən.Yeldi hədər fülənsə söz...Yellə zarafat eyləmə,Yellə zarafat eyləmə!

Bağça-bağın bağbanı var,Danışmağın loğmanı var.Sözün-sovun da köntöyü,Əttökəni, şırdanı var.Dil dediyin sirri-xuda -Min sözaltı pünhanı var.Nitqi də yoldan azdıranİblisi var, şeytanı var...Ürək qırıldı, vəssalam!Nə var ki,.. bircə anı var...

Şeytanı qoyma tel qıra -Tellə zarafat eyləmə,Tellə zarafat eyləmə!

Qaynamasa yazar yazan?!Od üstə qaynayar qazan.Söz də dodaqda qaynayar,Gözdə, yanaqda qaynayar.Əlim qələm tutursa daBəyaz varaqda qaynayar,Haqqına din, gərəkdisə...Dinmə dilin gödəkdisə...Yoxsa ki, söndürüb oduKüllə zarafat eyləmə,Küllə zarafat eyləmə!

Yoxdu dağın-daşın dili,Qoçun dili, quşun dili.Pələnglə aslanın dili,Bəbirlə qaplanın dili,Qarışqanın, filin dili.Şəlalənin, gölün dili

Verilməyib axı hədərBu dil sənə cümlə bəşər!Hər şeyə qadirim mənim!Ən ali nadirim mənim!Bülbülü heyran eylə də,Xalqı canhacan eylə də,Qan salana qan eylə də.Körpələrə layla da çal,Başında kərgədanlarınBir dəli tufan eylə də.Sıyır sözün qılıncınıƏllə zarafat eyləmə,Əllə zarafat eyləmə!

Tərəzini taraz eylə,Haqqa nəzir-niyaz eylə.Nəfsini də lap az eylə,Yaşa arzu-muraz ilə.

Səsin yoxsa zora salıbAzan vermə avaz ilə.Çıxma dərin dəryalara,dəlmə-deşik kolaz ilə.

Gücünə bax, yekə daşaGüc eyləmə, dəmsaz ilə.Coşa-coşa, daşa-daşaQoşuluban alabaşaFillə zarafat eyləmə,Fillə zarafat eyləmə!

Araz kürə qovuşsa da,Qovuşsa da, qarışsa da,Damarımda çağlasa da,Vüqarımda çağlasa da,Nazik sudur nil yanındaZümzümədir zil yanındaNilə baş vurub üzməmişVəsiyyətin bəyan gərək.Bu, sən görən deyil, baba,Bu, sən girən deyil, baba,Timsah üzür şırım açır,Su qaynayır köpük-köpük,Hənirtisi ölüm saçırTimsah üzür kötük-kötükNillə zarafat eyləmə!

Nillə zarafat eyləmə!

Allah bilən məsləhətdir:Ceyranı da o xəlq edir,Xortdanı da o xəlq edir,Gözəlliyi o bəxş edir,Hüsn surət o nəqş edir.Şikəsti var, zəlili var,Kor peşiman əlili var.Çattaq qabı daşa çaxma,Əlilliyi başa qaxma,Şillə zarafat eyləmə,Şillə zarafat eyləmə!

Xanəndə olmaq istəsənƏlinə alginən dəfi.Aldatmasın fəqət səni -Dəfin bəzəkli sədəfi...İş qalıb barmaqlarınaÇırtmanı vurmaqlarına...Ancaq səsin yoxsa əgərDəf başına nə kül tökər!

Xanəndəlik etmək olmazXırxır boğaz, cır səs ilə.Meydana çıx çiniləriCingildədən zor səs ilə.Təkcə pəslə baş girriyibZillə zarafat eyləmə,Zillə zarafat eyləmə!

Ədvəcatın sirri dərinDərmanıdır çox dərdlərinÖzü təbib, hökmü mütləqÜrəkdə tab, gözdə şəfəqƏrdəbilin sarıkökü.İstiotu alov təkiKifayətdi... bir çimdik alHildən bir tum ağzına sal.Hillə zarafat eyləmə,Hillə zarafat eyləmə!

Tezi-geci ölüm gələrLap yüzə də çatasan əgər.Qönçə-qönçə solmaq olmaz...

Cavan-cavan ölmək olmaz!Fələk eşitmir “olmaz”ıAlnımızda labüd yazı...Köçməmişdən axirətəBir fayda ver, bu millətə.Çay aparıb gedir biziBu çay, o çay deyil, babaÇayla zarafat eyləmə!Günlə zarafat eyləmə!Ayla zarafat eyləmə!İllə zarafat eyləmə!İllə zarafat eyləmə!

1 avqust 1993

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets