Ömrün bircə gününə
Axıb dolsun qəlbiməFəsillərin havası;Yazın, yayın, payızın,
Qışın əlvan şüası.Bir tikinti meydanı,Bir qaranquş yuvası,Mənə daha əzizdirMərmər məqbərələrdən.Ömrün bircə gününəDəyişmərəm mən qəti,Təqvimləşən, daşlaşanDonuq əbədiyyəti.
Görüşümə gələndəYanar bir kibrit gətir!Yandır! başımın üstəAçılsın qızıl çətir.Sevincimə şərik ol,Kədərimə köks ötür,Qəbrim üstə istəməz...Ürəyimdə gül bitir.Ömrün bircə gününəDəyişmərəm mən qəti,Təqvimləşən, daşlaşanDonuq əbədiyyəti.
Həyatın cəfasına,Səfasına bağla bel!Bu vəfasız dünyanınVəfasına bağla bel!Yoxsa ki heykəl olmaqSövdasına bağla bel?!Ömrün bircə gününəDəyişmərəm mən qəti,Təqvimləşən, daşlaşanDonuq əbədiyyəti.
Qoy toz qonsun, razıyam,Yamyaşıl yarpaqlara...Göz yaşı tökülməsinSaralmış varaqlara.Gedək payi-piyadaLap uzaq... uzaqlara,Çiyinlərdə getməyəkLap yaxın torpaqlara.Ömrün bircə gününəDəyişmərəm mən qəti,
Təqvimləşən, daşlaşanDonuq əbədiyyəti.
Əslində əbədiyyət -Nəfəs almağımızdır.Bir gözələ gözaltıNəzər salmağımızdır.Xəyala getməyimiz,Tikrə dalmağımızdırNəvəli-nəticəliBaba olmağımızdır.Bizim olmağımız yox,Bizim qalmağımızdır.Ömrün bircə gününəDəyişmərəm mən qəti,Təqvimləşən, daşlaşanDonuq əbədiyyəti.
Qəbiristanda baxıramUcuz-baha daşlara,Həm yaxşı nəqqaşlara,Həm naşı nəqqaşlara,
Baxıram daşlardakıO gözlərə-qaşlara,Heç birisi daimiKöçməyir yaddaşlara.
Ömrün bircə gününəDəyişmərəm mən qəti,Təqvimləşən, daşlaşanDonuq əbədiyyəti.
Ölməzlik - ölümdü də...Başa düşək bir kərə!Axı, nə əbədiyyət?Çıxmadınsa səhərə.Sükutla rəhmət oxuDünyadan gedənlərə,Uğur vəsiqəsi verDünyaya gələnlərə.Gül ək, gül dər, kama çat,Qol qoy kitab-dəftərə.Bu sözümü qoy nə cürİstəyir yozsun hərə.Ömrün bircə gününə
Dəyişmərəm mən qəti,Təqvimləşən, daşlaşanDonuq əbədiyyəti.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-omrun-birce-gunune
Use ← → keys to move, R for a random poem
More by this author
Gecəni atəşi ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi güllə-baran eylədilər!
Qeyrət, a vətəndaşlarMən düşməni söymürəm, -Düşmənlə söyüşəcəksən?
İnanmaq öz yerində...Mən də vətəndaş kimi,Alışıb-yanmıram bəs?!
OlduXalq yazıçısı Sabir Əhmədlinin şəhid oğlu Məhəmmədin əziz xatirəsinə*Kəlbəcər dağlarında
Poems by other poets
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
La'ali-Manzuma, chapter 46شاها بدر تو رو نهادم دستیاز بیدستی ز پا فتادم دستی
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
OlubBizim bu gözəllər ata-babadanİpək xasiyyətli, həyalı olub.