Uzaq səfərlər kapitanı
başdaşıda yazı
Bir başdaşıda bir yazı!Ötəri görüb dayandım.Nə nazik söz deyir yazıFərqinə varıb dayandım:Uzaq səfərlər kapitanı.
Bəhriyyəli bir kapitanBaşdaşında donub qalıb,Yağış döyən, gün yandıranMedalyona dönüb qalıbUzaq səfərlər kapitanı.
Belə zülmət, belə ensizQəbrə necə sığır adam.Dəniz əngin, səma sonsuzGəmi sürür aram-aramUzaq səfərlər kapitanı.
Yelkən hara, kəfən haraQəbir nədir... qağayı nə?!Qayaları yara-yaraBaşdaşından baxır mənəUzaq səfərlər kapitanı.
Çox səfərdən ya tez, ya gecƏvvəl-axır döndü geri.Gətirmədi fikrinə heçSahillərsiz bu səfəriUzaq səfərlər kapitanı.
Bir qulağımda qurğuşun...Bir qulağımda dalğalar...Dalğa gəlir qoşun-qoşun,
Dalğalarda üzür məzar, -Uzaq səfərlər kapitanı.
Ürküsü yox, qorxusu yox,Yolda nə daş, nə burulğan...Çox asudə səfərdi... çox!..Üz sonsuz bir sonluğacan,Uzaq səfərlər kapitanı.
Soyuqdu torpağın üzüSəfər... səfər... adi səfər.Başdaşında həmin sözüYerində həkk edibdilər:Uzaq səfərlər kapitanı.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-uzaq-seferler-kapitani
Use ← → keys to move, R for a random poem
More by this author
Mərhum jurnalist-yazıçı, kövrək qəlbli, istəkli ziyalımız hacağa Cümşüdlü bu günlərimizi - Azərbaycanın istiqlalını, müstəqilliyini yana-yana arzulayan nadir şəxsiyyətlərdən biri idi.*O, yazmışdı:*
VətənHuşu başdan edən bir yaraşıqdan,Gözü qamaşdıran çılğın işıqdan,
Həm adi, həm aliTorpağın adi torpaqdırMirvarisi - gövhəri yox
Çalsın Azərbaycan haray zənginiKəsib qabağımı camaat mənim.Vəziyyət necədir? - xəbər alırlar.