Gözün aydın
Mərhum jurnalist-yazıçı, kövrək qəlbli, istəkli ziyalımız hacağa Cümşüdlü bu günlərimizi - Azərbaycanın istiqlalını, müstəqilliyini yana-yana arzulayan nadir şəxsiyyətlərdən biri idi.
O, yazmışdı:Uzaq deyil o sabah ki,Mənim xalqım güləcəkdir.Onun səsi, onun sözüBMT-dən gələcəkdir.O günləri görmək üçünSonra rahat ölmək üçünMən yaşamaq istəyirəm.
Gözün aydın, ay həcağa,Sabahın xeyir, qardaşım!Müjdə gəldi bu torpağa,Axır qəbrinə göz yaşım.
Yurdum çıxıb azadlığa,Su yerinə axsa da qan.Sən də qoşul bu şadlığa,Oyan! - deyir Azərbaycan!
BMT-dən gəldi səsim,Gəldim sənə verim xəbər.Ey ruhu şad müqəddəsim.Arzuların çaldı zəfər.
Çeşməyində şəfəq-büllur.Cüssəndə dağ əzəməti.Sən həm sadə, həm də məğrur,Ruhun uşaq qüdsiyyəti.
Qəlbi kövrək, ruhu yüksək,Ey xiffətli qardaşımız!Bu gün Şərqdən əsir külək.Ey möhnətli qardaşımız.
BMT-nin sırasındaBiz də çiyin-çiyinəyik.Millətlərin arasındaBiz də çiyin-çiyinəyik.
Məzarının sağında mən,Solundadır ağasəfa.Sənin o haqq yolunda mən,Yolundadır ağasəfa.
Mərd sələfin ədalətdir,Xələfindir şair Eyvaz.Bu səhər lap qiyamətdir,Uçur ruhun, edir pərvaz.
Demə biz yox, uzaqgörən
Sən idin ki... ay həcağa!Bu günlərdən soraq verənSən idin ki... ay həcağa!
Qərənfillər gətirmişikƏlvan-əlvan, ay həcağa!Qanlı güllər gətirmişikSənə qurban, ay həcağa!
Sən yaşamaq istəyirdinBu günləri görmək üçün.Bu günləri görmək üçünGörüb sonra ölmək üçün.
Doğulmasın bir uşaq daİnnən belə ölmək üçün.Gəlsin... amma qoy gəlməsinHədər yerə gəlmək üçün.
Dalğalanır öz bayrağım,O bir daha enməyəcək.Yeddi milyon çilçırağım,Gorun haqqı sönməyəcək!
Yurdun nakam vətəndaşı,Bu gün kama yetişdin sən!Dur, sevindir yar-yoldaşı,Xoş mərama yetişdin sən!
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-gozun-aydin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
ƏrənlərCan verib şan alan ərlər var Azərbaycanda,Düşmənə odlu sipərlər var Azərbaycanda!
İzhari-qədrdaniDüha! Ey baği-lahutun həzari-nəğmə pirası,Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası?