Xəstəlik adamı uşaq eyləyir,Xəstəlik adamı şıltaq eyləyir.Sözdən söz çıxarıb şübhəyə düşən,Yelçəkən eləyir, ufaq eləyir.

Aləm qulluğunda dayansın gərək,Gecəli-gündüzlü nazını çəksin;Çovğunlu qış günü şehli çiyələk...Könlün nə istəsə gətirib töksün.

Xəstəlik ürəyi kövrək eləyər,Titrək yarpaq kimi titrək eləyər;Yadına düşməyən gərəksizi dəAxtarıb özünə gərək eləyər.

Xəstəlik telefon həsrətindədir,Neçin çalınmayır qapının zəngi?..Xəstəlik dost-tanış xiffətindədir,Dost-tanış görəndə durulur rəngi.

Xəstəlik adamı əldən salsa da,Qayğılar xəstəyə qınaq olmayır.Sağlamlıq ən gözəl ne’mət olsa da,Bərk-boşa çevrilib sınaq olmayır.

Həkim ətəyində xəstənin əli;Dava da, dərman da demə nahaqdır.Ancaq həkim dili xoş söz deyəliXəstənin gülləri açılacaqdır.

Xəstəlik sınağa çəkir adamı,Ruhdan düşən də var, düşməyən də var;Əridib qəlibə tökür adamı,-Qəlibdə bişən də, bişməyən də var.

Nə qədər yamanlıq, fənalıq ki, varYaddaş lövhəsindən silir xəstəlik;Ağlayır ağlamaq bilməz adamlar,-Başını bulayır güllü xəstəlik.

Xəstəlik bəladır - canından uzaq,Ağırı-yüngülü andıra qalsın;Həm sağlam, həm də ki, təmiz yaşamaq

Qoy elə hamının qisməti olsun.

Qara tikan batsın yaman gözlərə,Yaxşı adamlara göz dəyməsin qoy.Ömür möhlətiylə yol gedir hərə,-Ayağımız daşa tez dəyməsin qoy.

Allah yüngül etsin yorğanımızı,Üzərrik gözündən keçirsin bizi:Elə naziltsin ki, vicdanımızı-İynənin gözündən keçirsin bizi...

25 fevral 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets