İtmisən içində otun-alağınÇoxdandı gəlmirəm ziyarətinəQaralıb baş daşın, qopub suvağınNə deyə bilərəm şikayətinə.

Xəcalət içində, xiffət içindəQəbrini səliqə-səhmana saldım.Xəyali görüşə həsrət içindəYumub gözlərimi xəyala daldım.

Baxımsız, mükəddər məzarın abadO gecə yuxuma gəldin aşikar.Ruha inanıram - ruhun olsun şadYaxşı ki, ruhani təsəllimiz var.

2 sentyabr 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death