Ay meşə
Hansı meşə olar sənə tay, meşə?Bu yerlərin yaraşığı, ay meşə!Yolum səndən düşməmişdir haçandı.Düz deyiblər: hicran dərdi yamandı.Eybi yoxdur, qoynundayam yenə mən,Bir qanadlı quş olmuşam sevincdən.Nə böyüksən, yoxdur ucun-bucağın!Nə doğmasan, mehribandır qucağın.Necə salım bəs boynuna qol, meşə?Bir anlığa nazlı gəlin ol, meşə!
Sən onsuz da bir bəzəkli gözəlsən,Hər gözəldən əbədisən, əzəlsən!
Sənə bahar özü verib təravət,Sənə yaşıl paltar biçib təbiət!
Örpəyindir yüngül duman, ay meşə!Dağlar olmuş sənə heyran, ay meşə!
Gur bulaqlar, gur çeşmələr gözündür,Tükənməyən söhbətindir, sözündür,
Yarpaqların xışıltısı, ay meşə!Sənə həzin laylay çalır çay, meşə!
O, viləşdir dərələrdən burulur,Çəmənlərdən axa-axa durulur.Nə gözəldir quşlarının cəh-cəhi;Aşır-daşır ürəyimin fərəhi.
Dinlədikcə, dinlədikcə, mən, meşə,
Min nəğməli, min avazlı şən meşə!Qismət oldu, biz gül vaxtı görüşdük,Təbiətin sütül vaxtı görüşdük,Sən bu yerdən, bu torpaqdan güc aldın,Dərinlərə rişə atıb ucaldın.Qıra bilməz külək səni, ay meşə!Vura bilməz şimşək səni, ay meşə!Əvvəlindən xəbər verən yox, deyim,Bəli, yaşın bu dünyadan çox, deyim.Yaz gəlincə gəncləşirsən, yenə sənVəfa görür, yarıyırsan ömürdən.Qocalmaram, ruhum olar sevincək,Şe’rim, nəğməm səslənərsə sənin tək.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-ay-mese
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Yol əhlininDil ilə dərvişlik olmaz,Halı gərək yol əhlinin.
ElqovanPayız gircək yal-yamacıBəzər qırov, sırsıra,
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,