Olub
Bizim bu gözəllər ata-babadanİpək xasiyyətli, həyalı olub.Min oğlan yandırıb yaxsa da gündə,Başında bir gəncin xəyalı olub.
Yanağı kirşansız, gözü sürməsiz,Sünbül hörükləri şalsız, tirməsiz.Üzü ay parçası, göylərdən təmiz,Əlləri xilqətdən hənalı olub.
Su içib hamısı min bir bulaqdan,Odur ki, bal damır dildən-dodaqdan,Oğlanlar küsməsin lalə yanaqdan,Zeynalın da başı bəlalı olub.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-olub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Göz yaşım naməsi qasid əlində,Oxuyub, əhvalım bilən ağlasın.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Olmuşam dəhri-bəla içrə bu gün divanə mənOlmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.