Oldu
Xalq yazıçısı Sabir Əhmədlinin şəhid oğlu Məhəmmədin əziz xatirəsinə
Kəlbəcər dağlarındaBir uşaq həlak oldu.Bəmbəyaz qar içində,Büllur buzlar içində,Şəhid ruhu pak oldu.
Az qalınca bahara,Açıq alnında yaraQurban getdi vətənə.Meydannan qaçanlaraGörk oldu, idrak oldu.
Adı peyğəmbər adı,Gözlərində muradı.Dünyadan kam almadı,Toy-nişanı olmadı,Bəy otağı xak oldu.
Kəfən geydi asiman,
Bakı büründü ağa...Bir quzu... bir gül oğlanGömüləndə torpağaMəxluq hövlnak oldu.
Gün çıxdı, əridi qar,Ötdü çovğun xatası.Məhəmmədin qarıymışBu qar... - dedi atası.Dili ülgüc tək oldu.Nə söz var, nə təsəlli,Bu bəla ərzə bəlli.Məzarlar allı-güllü...Nə sayı... nə hesabı.Bu nə səmum yelidir,Bu nə xəzandı yarəbb!Nə yaman külək oldu.
18 fevral, 1994
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Hələbdə Nəsimiylə xəyalən görüş*Sənin dastanını qoyub yarıda,
Çalmasında qızıl ulduz gəldi Nizami1941-ci il oktyabrın 10-da Leninqradın elm və yazıçı ictimaiyyəti böyük Azərbaycan şairi Nizaminin 800 illiyini qeyd etmişdir. Nizaminin yubileyini keçirməyə Elmlər Akademiyasının, Ermitajın, universitetin, Yazıçılar ittifaqının, rus muzeyinin nümayəndələri toplaşmışdılar.*“Mühasirə günləri” xronikasından.*
İtaliya1977-ci ilin noyabr ayında İtaliyada keçirilmiş Azərbaycan günlərindən xatirələr*İtaliya! başdan-başa sənət məbədi,
Qızıl qərənfillərKapri bir məlakədir gömgöy ümman içində,Camalını gizlədib bəyaz duman içində.
Poems by other poets · Homeland
Sanma getməz başımdan bu kəşvətli buludlar,Şimşək olub üfüqdən yenə çaxacağam mən.
Bu ceyranEy əhli-dərdlər, dinləyin məni,Əqlimi başımdan aldı bu ceyran!
Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminəQəlbim yanır baxınca bu çərxin mədarına,Baxdıqca zülmünə, sitəmi-aşikarına.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!