Gecənin bir aləmiTir-tir titrədi şəhər,

Qopdu çərçivəsindənQapılar, pəncərələr.

Sovruldu asimanaYerin tozu-torpağı.Şaqqıltıyla qırıldıAğacların budağı.

Xəyalım uçdu bu dəmUşaqlıq çağlarınaƏlçatmaz illərdəki,Qumlu sahillərdəkiPirşağı bağlarına...

O vaxt, o zaman haçan -Haçan qopsaydı tufan,Haçan, haçan ki, XəzərNərildəsəydi nər-nər,Rişəsindən qopsaydıYaşıl-yaşıl tənəklər,Səma burulğanındaÇaşbaş olsaydı quşlar,

Yaylım atəşlərinəDönsəydi xırda daşlar,

Məsmə nənəm deyərdi,Suğra anam deyərdi,Fatma xalam deyərdi:Xəzri qopmayıb hədərQurban aparıb yenəQan-qan deyən ləpələr.Dənizdə adam batıb,Onunçun bir-birinəXəzri aləmi qatıb.Ya da nahaq qan düşüb,Bu bağlar arasında.Qız üstündə cayıllar...Uşaqlar arasında.

Ya hansı yekəbaşınAğız-burnu əyilib.Allaha xoş getməyənArtıq-əskik deyilib.

Xəzri allah cahadıXəzri allah inadı.Xəzri allah üsyanıÇərxi fələk fəğanı.

Bəs niyə bu gün qopmurAzərbaycanda xəzri?!

Təkcə Pirşağıda yoxHər yer, hər yanda xəzri?!

Dağ-daş ahu-fəğandır,Qurularım bir yana,Yaşlarım yanhayandır...Dolu zindanlarımızDüşmənə ərməğandır!..Gediş-gəlişlər hədər,Danışıqlar gümandır.Dənizdə cür’ət batırQəti qətiyyət batır.Kişilik axtalanır,

Qan dəryası daşmayır.Neçin ki, laxtalanır...Yerə, yurda dağılıbTökülmüş dəndi birlik,Pərən-pərəndi birlik.Lüzum varkən yumruğa,Lüzum yoxdur buyruğa.

Çıxır suyun üzünəCinayətlə, xəyanət.Batır suyun dibinəAbır-həya, ləyaqət.

Dənizdə suya gəlməzDilənçi uşaq batır.Gələcək nəsil batır,Günəşli sabah batır.Didişmə güdazınaVerilmiş torpaq batır.

Dənizdə adam batmır,Dənizdə millət batır.

Şan batır, şöhrət batır,Kim-kimi bəyənməyir,Əli tətikdə hazır.Kim-kimi bəyənməyirQətlinə fərman yazır.Batmış qanlar bürüyübBu gün dağı-dərəni.Ay Allahın cahadı,Əs, ey dəli tufanım,Dəyiş bu mənzərəni!

Təyyarədən satqınımEnir qolları bağlı.Cəza cəza yerindəBaxıb xəcalət çəkirVətən sinəsi dağlı.

Məscid məscid dibində,Məscid işbaz cibində.Yox, Allah evi deyilBu Allah evcikləri.

Xəzri, yerlə-yeksan etBu haram evcikləri.Bu günah evcikləri,Bu tamah evcikləri.

Bu bəladan hamınıXilas et, qopar, Xəzri!Xalqı qat qabağınaCəbhəyə apar, Xəzri!

Dənizdə adam batıb,Yenə də bir-birinəXəzri aləmi qatıb.Pirşağı bağlarında,Uşaqlıq çağlarındaRəhmətliklər deyərdi...Rəhmətliklər nə yaxşıGörmədilər bu dərdi.

22 aprel, 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets