Nə imiş
Mollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!
İftira eyləməyin bunların haqqında, yəqinDemişik bunlar üçün hiyləgəri-ruyi-zəmin.Ah!.. Biz bilməmişik, bunlar imiş sərvəri-din,Bunların haqqını pamal eləyən kafər imiş!
Tapmaz idik, bu qədər şənü şərəf, cahü cəlal,Olmasaydı üləma sayəsi, əlhəqq məhü sal,Əhli-islamə yetərdi, bəli, hər gündə zəval,Doğrudan da üləma millətə taci-sər imiş!
Olmasaydı bizə bunlardan əgər rahi-nicat,Yoxsa məhv eylər idi bizləri filcümlə məmat,Mümkün olmazdı, həqiqət, bizə dünyadə həyat,O həyatın səbəbi aləmi-xoşmənzər imiş!
Olmasaydı bu cahan içrə əgərçi üləma,Millətin dərdinə bəs kimlər olar idi dəva?!Bunlar imiş bütün aləmdə bizə rahnüma,Demək olmaz bulara maili-simü zər imiş!
Bir də min bəd qəzet, jurnala aldanmamalı,Cəhd edib elmü-ədəb nolduğunu qanmamalı,Bunlara, molla demişkən, daha tullanmamalı,Müxtəsər, hər nə yazırlar, hamı dərdü sər imiş!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ne-imis
Use ← → keys to move, R for a random poem
More by this author
Bir sən kimi vəfasız olan yarə neyləyim,Canan ki verdi könlünü əğyarə, neyləyim?!
Yayıldı sevgimiz, ey şux, hər diyarə bizimYayıldı sevgimiz, ey şux, hər diyarə bizim,Bütün məhəbbətimiz çıxdı aşikarə bizim.
Sandım vəfalı, hər gülə ümmid bağladımSandım vəfalı, hər gülə ümmid bağladım,Axır vəfası olmadı, dərdimdən ağladım.
Ey gül, nə oldu ki, sənə həmdəm mən olmadım?Ey gül, nə oldu ki, sənə həmdəm mən olmadım?Biganə oldu vəslinə məhrəm, mən olmadım?