Ey gül, nə oldu ki, sənə həmdəm mən olmadım?Biganə oldu vəslinə məhrəm, mən olmadım?

Min cənnət ilə bir qara xalı dəyişmərəm,Bağı-behiştdə yaxşı ki, Adəm mən olmadım!

Varım-yoxum nə olsa, verərdim gözəllərə,Xilqətdə başqa sirr var, Hatəm mən olmadım.

Meyxanələrdə keçdi həyatım səfa ilə,Şadəm, riyayi-zövqdə bir dəm mən olmadım.

Cami-Cəmin şərabə verərdim xəzinəsin,Cəmşidə xidmət etmək üçün cəm mən olmadım.

Şövqi-məhəbbətə düşənin min bəlası var,Səd şükr, özgə zövqə müsəlləm mən olmadım!

Vahid, rəqib xürrəm olub vəsli-yar ilə,Hicran əsirisən, demə, xürrəm mən olmadım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation