Gələndə sübh zamanı sədası bülbülümün
Gələndə sübh zamanı sədası bülbülümün,Alır bu canımı şurü nəvası bülbülümün.
Fədasıdır o da məntək gülüzlü bir gözəlin,Bu xəstə canım olaydı fədası bülbülümün.
Bəlayə səbr edə bilmir, şikəstəxatirdir,Nə varsa, qoy mənə gəlsin bəlası bülbülümün.
Mənim kimi o da biçarədir, fələkzədədir,Nə var təbibi, nə dərdə dəvası bülbülümün.
Həmişə künci-qəfəsdə əsiri-möhnətdir,Nədir sübut eləyən, yox cəzası bülbülümün.
Məhəbbət əhli bəladən ölüncə qurtarmaz,Başında çoxdur hələ macərası bülbülümün.
Cəmali-yarə baxıb, Vahid, hər səhər yalvarKi, müstəcab olur hər bir duası bülbülümün.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-gelende-subh-zamani-sedasi-bulbulumun
Use ← → keys to move, R for a random poem
More by this author
Hər kəs ki desə, dərdimi dildarə mənimçün,Guya ki, təbibimdir, edib çarə mənimçün.
Əhdü peymanı düz olsaydı gülün bülbül üçünƏhdü peymanı düz olsaydı gülün bülbül üçün,Bülbülün gülşəni tutmazdı sədası gül üçün.
Mən ki candan keçirəm sevgili cananım üçünMən ki candan keçirəm sevgili cananım üçün,O mənim dostumu düşmən törədir canım üçün.
Kim ki, rəqibə minnət edir vəsli-yar üçünKim ki, rəqibə minnət edir vəsli-yar üçün,Bir əndəlibdir, sevinir novbahar üçün.
Poems by other poets
Ey seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
Mirzə Həsən ilə Aşıq Pərinin deyişməsiMirzə Həsən:**Qönçə lətafətli, lalə üzlüsən,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Mənim də çinara çox bənzərim varÇinarın yarpağı qızıla çalır,Çinar yarpaq tökür, sanma qocalır.