Salus əyyara bənzətmə

Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?Ya kani-ədəb, mənbəyi-ürfan, nəyə lazım?

Kəsb eyləmə cəhd ilə cahanda ürəfalıq,Dünyada kişi olmadı nadan, nəyə lazım?

Murü mələx asa düş ayaq altına daim,Tut rəsmi-gəda, şəni-Süleyman, nəyə lazım?

Rəncidə elə xalqı, danış acı zəhərtək,Şirin danışar isə gər insan, nəyə lazım?

Tənqidi-həsüdanəni yaz əhli-kəmalə,Ağlında əgər olmadı nöqsan, nəyə lazım?

Şairlik elə, anlama əndazeyi-şeri,Yazdıqların həp olmadı hədyan, nəyə lazım?

Sərf etmə pulun, millət əgər ölsə acından,Biçarələrə eyləmək ehsan, nəyə lazım?

Küffar kimi vermə həvəs elmü fünunə,Elm əhli olar isə müsəlman, nəyə lazım?

Zahid kimi məxluqi əvam etməyə səy et,Dünyayə sat imanını, iman, nəyə lazım?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice