Yazırsan gecələr...dostun, yoldaşınSadə təbəssümü işığında sən.Eh, yoxsa, yoxsa ki, yazmaqmı olar –Lampa işığında nə edəcəksən?

Görürsən qərq olur mənimtək o daBir nadan sözünün söz kölgəsinə.Eh, lampa işığı,dost təbəssümüGərək işıq versin onun özünə.

Şeirim dedilər ki, bəyənilməyib...Sevinir nadansa... Bu sevinc nədir?Görünür, onun da ən gözəl şeiriSənin bu şeirinin zəifliyidir.

Yazırsan gecələr... Daha da çox yaz...Nə qəm çək, nə də ki, təəssüf eylə.Sən yaxşı işləsən, gülümsəyəcəkHər yanım dostların təbəssümüylə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice