Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!

Gözümün nuru gedib, dizdə yoxumdur taqət,Baxıram mən işin əzvayişinə hər saət,Görürəm hərdəm özümdə bir əcaib halət,Gecələr sübhə kimi bir yata bilməm rahət,Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!

Bir kəsim qalmamış ərz edəm ona əhvalım,Dərd çəkməkdən ağarmış bu qara saqqalım,Qırılır evdə acından gecələr ətfalım,Bir günü eyləməz imdad mənə iqbalım,Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!

Necə asudə olur dərdü bəladən başım?Ağlamaqdan coşub ümmanə dönüb göz yaşım.Himmət etməz mənə əsla nə qohum, qardaşım,Belə bir gündə ki, həştadı keçibdir yaşım...Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!

Xoş o günlər ki cavanlıqda cəlalım var idi,Haq bilir kim, nə qədər dövlətü malım var idi,Nə ki, bir böylə mənim fikrü xəyalım var idi,Nə də bir böylə mənim dərdü məlalım var idi.Qocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire