Ar qıl!
Kəmalü elmi xoşlama, cavansan, oğlum, ar qıl,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!
Amandır olma naxələf, tutub rəhi-cəhaləti,Mənim tək ad qazangilən, büruzə ver şücaəti.Çəkinmə cövrü zülmdən, demə ki, var qəbahəti,Özünə rağib etgilən hərasdən cəmaəti,Vurub yıx, öldür aləmi, hünərlər aşikar qıl!
Olurmu elmdən görək zəmanədə səmər, oğul?Qılıbmı elm bir kəsi cahanda bəxtəvər, oğul?İnanma, xeyri var sənə, tamamıdır hədər, oğul?Əbəsdi, vermə kəndinə bu qədr dərdüsər, oğul?Görəndə elmi, məktəbi, dayanma, tez fərar qıl!
Burax təriqi-məktəbi, yüyürmə rahi-sənətə,Çalış ki, salma başını bəlavü dərdümöhnətə,Məcaz ilə dolangilən, baxan hanı həqiqətə?Həmişə talib olginən cahanda qətlü qarətə,Əziyyət eylə xalqına, cəfayi-bişümar qıl!
Fəqirə töhmət eyləmək həmişə olsun adətin,Bir eylə zalım ol, sala cahana lərzə şöhrətin,Vur, öldür, arta günbəgün xəlaiq içrə hörmətin,Qəm etmə, olsa da əgər əsir qeyri millətin,Həmişə məsləkin kimi bu xalqı tarümar qıl!
Hər ol kəs ki dəhrdə xəyalın elmə ram edər,İşıq günün əbəs yerə özünə misli-şam edər,Çəkib qəmini millətin təəyyüşün həram edər,Saqınma, milləti-səfeh ona bir ehtiram edər,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ar-qil
Use ← → keys to move, R for a random poem
More by this author
Fəxr eyləmə, ey bülbüli-şeyda, çəmənim var,Qoy fəxr eləyim mən ki, gözəl bir Vətənim var!
Ey gül, mənə hər cövr eləyirsən, xəbərim varEy gül, mənə hər cövr eləyirsən, xəbərim var,Bir gün yaxar axır səni ahım, səhərim var!
Təmənna et, gülüm, verrəm, yolunda nəqd canım varTəmənna et, gülüm, verrəm, yolunda nəqd canım var,Əgər bülbül deyilsəm, ondan artıq min fəğanım var.
Zülfün kimi, ey gül, nə ətirli nəfəsin var!Zülfün kimi, ey gül, nə ətirli nəfəsin var!Yoxsa bu lətafətlə can almaq həvəsin var?
Poems by other poets · Fate
Yetişdi hesablar, doldu mətləbə,Şükür, üstümüzə çaldı bir günəş.
Bir günKönül, ara dostlarını,O da səni gəzər bir gün.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
BəsdiNabina eynimə nəzər eyləyib,Duyuram, ahəstə ağlama, Bəsdi.