Zülfün kimi, ey gül, nə ətirli nəfəsin var!Yoxsa bu lətafətlə can almaq həvəsin var?

Ruhum dirilir, naz ilə hərdəm ki, gülürsən,Heyrətdəyəm, ey gül, nə məlahətli səsin var!

Tavus kimi azadə gəzirsən bu çəməndə,Bülbül kimi nə xar qəmin, nə qəfəsin var.

Fəryadına yetdiklərin imdadına yetməz,Fikr etmə, bu aləmdə, könül, dadi-rəsin var.

Vahid, mənim istəkli gözəl yarıma bənzərAxtar bütün aləmdə, görək hansı kəsin var?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring