Bir bilmədim, ol afəti-candan nə xəbər var?
Bir bilmədim, ol afəti-candan nə xəbər var?Məcnuna o Leylayi-zamandan nə xəbər var?
Az-çox bilirik biz, bu tərəflərdə nə olsa,Lakin nə bilək indi, o yandan nə xəbər var?
Gül fəsli-bahar olmasa, gülşən də bilinməz,Bülbül bilər əyyami-xəzandan nə xəbər var!
Gizlindir o məhparə o gündən ki, gözümdən,Heç bilmirəm, övzayi-cahandan nə xəbər var.
Yar olduğu yerdən sizə bir namə gəlirmi?Biz qafilik ancaq, o məkandan nə xəbər var?
Göz yaşını etsin gərək eşq əhli rəvanə,İstərsə gər, ol sərvi-rəvandan nə xəbər var!
Vahid, mənə min naz oxu hər gün yenə xoşdur,Bilsəm əgər, o qaşı kamandan nə xəbər var?!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bir-bilmedim-ol-afeti-candan-ne-xeber-var
Use ← → keys to move, R for a random poem
More by this author
Üzündə busədən, ey gül, iki nişan yeri var;Birində qırmızılıqdır, birində qan yeri var.
Hər kəsin dəhrdə səntək, gözəlim, dilbəri varHər kəsin dəhrdə səntək, gözəlim, dilbəri var,Xoş onun halına, dünyada nə dərdi-səri var?!
“Musiqi məclisinin türfə əlamətləri var“Musiqi məclisinin türfə əlamətləri var,Guş qıl, gör necə cansuz hekayətləri var”
Bu dilbərin nə gözəl, aşiqanə gözləri varBu dilbərin nə gözəl, aşiqanə gözləri var,Nə yaxşı canalıcı, məhrəmanə gözləri var!
Poems by other poets · Love
Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə.
Əqlimi ey guli-xəndanƏqlimi ey guli-xəndan,Atdın həvayə-həvayə.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**