Bu dilbərin nə gözəl, aşiqanə gözləri var,Nə yaxşı canalıcı, məhrəmanə gözləri var!

Bütün gözəllər içində bu nazənin gözəlinGözəlliyindən əlavə, yeganə gözləri var.

Bu dilrüba gözəlin qan töküb, can almaqdaQəribə cazibəli, mahiranə gözləri var.

Baxanda, ey könül, ol şuxə ehtiyat ilə bax,Saqın ki, canalıcı, dilbəranə gözləri var.

Görəndə aşiqi min naz ilə işarə edir,Ümumi cəzb eləyən arifanə gözləri var.

Bir özgə dilbərə, Vahid, deyilməmiş bu qədər,Bu afətin nə gözəl, şairanə gözləri var!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love