Nə dərd olursa, qələtdir, deyillər, çarəsi var,Əlacı olmaz o şəxsin ki, dildə yarəsi var.

Fəğanü naləmi, ey məh, yetirmə əflakəKi, yandırar səni, bu atəşin şərarəsi var.

Fəğani-aşiqi, ey gül, düşünmə bihudəKi, eşq gülşəninin mən kimi həzarəsi var.

Bu qədr gəl məni ağlatma, rəhm qıl, cana,Gecə-gündüz gözümün qanlı bir fəvvarəsi var.

Bu günə qanımı tökməzdi tiri-müjganın,Bu işdə qaşlarının, çox güman, işarəsi var.

Münəvvər eyləyən afaqı ahım atəşidir,Bu çərxi-kəcrəvişin sanma kim, sitarəsi var.

Bu eşq bəhrinə, Vahid, o növi qərqəm ki,Nə bir nicatə ümidim, nə bir kənarəsi var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love