“Musiqi məclisinin türfə əlamətləri var
“Musiqi məclisinin türfə əlamətləri var,Guş qıl, gör necə cansuz hekayətləri var”
Musiqi zövqünə ol kəs ki, deyildir vaqif,Bu büsatın nə bilir ki, nə şərafətləri var.
Tarı bihudə hesab etmə, əgər arifsən,Gör ki, məhrulər əlindən nə şikayətləri var!
O da bir zülfi-siyəh dilbərin aludəsidirKi, sədasında pərişanlıq işarətləri var.
Xar zənn etmə, saqın, musiqi xadimlərini,Onların zövqünə gir, gör, nə nəzakətləri var!
Musiqi qəm dağıdır, zövq verir insanə,Dərk qılmaz bunu onlar ki, səfahətləri var.
Şairin, musiqi xadimlərinin, rəssamın,İncə diqqətlə düşün, gör nə məharətləri var!
Musiqi zövqü Hülakulərə təsir etmiş;Oxu tarixi, gör orda nə rəvayətləri var.
Məscid əhli nə bilir musiqi zövqün, Vahid!Çünki cahildilər olduqca, cəhalətləri var.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-musiqi-meclisinin-turfe-elametleri-var
Use ← → keys to move, R for a random poem
More by this author
Fəda olum sənə, ey Yusifi-zəmanə balamKi, gəlməyib dəxi mislin sənin cahanə, balam.
Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Ölməzdim, o zəncirdə divanə mən olsam!
Meyi-nabi oxuyur zahidi-bizövq həramMeyi-nabi oxuyur zahidi-bizövq həram,Kafərəm, almasam ol saqi əlindən gər cam.
Əcəb Məcnunam, ol zülfə əsir olduqca dilşadəm!Əcəb Məcnunam, ol zülfə əsir olduqca dilşadəm!Bütün dünya qəmindən, guyiya, bilmərrə azadəm.
Poems by other poets · Love
Genə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,