Yeddi gəmi adası
Onların ayağına poladdan bənd vuruldu,Kəsildi göy sulardan yeddi gəmi nidası.Yeddi gəmi birləşib yeddi gözlü ev olduSən o gün yarandın:“Yeddi gəmi adası!”
Neçə xalqın övladı axıb gəldi bu yerə,Qərib kimi gələnlər qardaş kimi görüşdü.Ürəklərin birliyi qüdrət verdi əllərə,İlk dəniz buruğuna sinəndən körpü düşdü.
Dalğalara döş gərdin polad bir qala kimi,Dəniz fatehlərini qorudun bala kimi.Tufanlarla çarpışan səndə aldı dincini,Burda yoldaş yoldaşın nəfəsiylə isindi.
Qəmi gizli saxlayıb, bölüşdü sevinci,Bəzən yavan da yedi, yenə canlara sindi.Sədaqət andı içən sevimli qızlarındanBiri dönük çıxanda, hamısına toxundu.
Bir lampa işığında sevgi kağızları da,Bəzən birgə yazıldı, bəzən birgə oxundu...Bugün dəniz şəhəri üzür nur dənizində,Min şəfəq sütunu var göy suların üzündə.
Polad qollar dolanıb olur polad halqalar,Bu qollar arasında çapalayır dalğalar,Bugün Xəzərin varı dünənkindən gur axır,Onun mavi qoynundan özü boyda nur axır.
Qalxır təzə binalar polad sütunlar üstə,İnsan yeni arzuda, insan yeni həvəsdə.Hər dəstənin mənzili meydan kimi otaqlar,Dalğalarla həmahəng burda qarmon, orda tar.
Çarpayılar yaylıdır, yatacaq da qar kimi,Xidmətçilər qayğıkeş, doğma analar kimi.Biri dəhliz süpürür, biri döşəmə yuyur,İşdən yorğun gələnlər şirin-şirin uyuyur.
“Yeddi gəmi adası”, unudulub qalmısan,On ildə bir əsrlik keçmiş olub qalmısan.Qucağına gələn yox, qoynunda dincələn yox,İndi polad adada evlər geniş, otaq çox.
Tufan səni sıxmadı, aşsa da öz həddini,Sıxılırsan bilirəm tənhalığın cəngində.Dəniz əyə bilmədi, həsrət əyir qəddini,Mənimçin görmək çətin o pas atmış rəngini.
“Yeddi gəmi adası”, nədir bu qəm nidası?Heç kəsin olmayıbdır səninlə son vidası.Heç kəs səni uçurtmaz, heç kəs xor baxmaz sənə,Dili yaman söz deməz, əli də qalxmaz sənə.
Qardaşlığın, dostluğun məhək daşı sən oldun,Yaxşı-yaman günlərin ilk sirdaşı sən oldun,Neftçi qardaş göz üstə səni saxlasın gərək,Sabah yuyar qoynumu, parıldarsan güzgü tək.
Tamaşana gəlirlər dünyanın hər yerindən,Olmuş dillər əzbəri adın da, hünərin də,“Yeddi gəmi adası”, fəxr elə ki, bugün sən,Möhtəşəm bir muzeysən bu dəniz şəhərində.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-yeddi-gemi-adasi
Use ← → keys to move, R for a random poem
More by this author
Yeraltı sınaqlar birmi, ikimi,Mərmilər torpağın bağrını yarır.
Quşsuz yuvalarBakıda göyərçin yaman azalıb,Görəsən onlara kimdir qəsd edən?
Telefon məhəbbətiSevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.
Ağacın bəlasıBürümüşdü dörd yanı onun qolu-budağı,Boy-buxunda ucaydı şəhərin evlərindən.
Poems by other poets · Nature and spring
Xaraba qalasan, Tiflis şəhəri,Heç səndə oynayıb-gülən yoxumuş.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
BilməzsənKamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?