Yığılsın başıma dostlar, tanışlar,Otağım böyüsün kainat qədər.Mənim ulduz sanı arzularım var,Hər biri şirindir bu həyat qədər.

Bütün insanlarla verim səs-səsə,Bütün insanlarla oxuyum-çalım.Azad yaşamağı sevən hər kəsə,Sağlıq söyləməyə olsun macalım.Öpüm körpələrin gül yanağından,Uğurlar diləyim analara da.Mən işıq aparım öz otağımdan,Şama həsrət qalan komalara da.Öz ana yurdumdan salam aparım,Neçə qərib yurda, qərib diyara.Mən ümid aparım, inam aparım,Səadət eşqiylə çırpınanlara.Deyim, insanlığın gözəlliyiniNəsildən-nəsilə töhfə saxlayaq.Qovmaqçın zəhərli barıt iyini,Ərzə dəniz-dəniz gül-çiçək yayaq,Harda ələm olsa, harda qan-qada,Ürəyim kövrələr, əsər də mənim.Dəysə azadlığa güllə Konqoda,Arzum yaralanar Xəzərdə mənim.İnsan eşqi ilə adım ucalıb,Bir yol dəyişmərəm bu adətimi.Bütün qəmlilərin qəmini alıb,Onlara paylaram səadətimi.İnanıb bəşərin gözəl çağına,Ərzə nur yayıram əməlimlə mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring