Sən təbiətə baxSarı, qırmızı, ağ,Bağlarda, güllər əkilir,Güllərə gözlər dikilir,Biri deyir: dərək,yara göndərək!Biri deyir: – qoparaq,yasa aparaq!Güllər qırmızı, ağ, sarıMum kimi!Elə bil açılmamışÖlümə məhkum kimi!Mən deyirəm, əl saxlasınYasa da, sevdiyi qıza daGül aparanlar!Gülə də, çiçəyə dəÖmür verək!Dərməyək onları –Açılmamış fidanları!Qoy bol olsun güllər,Öz budağında açsın,Ətrini saçsın,Solsun, tökülsün yerə!Dostlar, ömür verək,Həyat verək həyatımızıBəzəyən güllərə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring