Nəğmə
Sahildən üfüqə dikilibnəzərim, nəzərim.Nə gözəl görünür mehribanXəzərim, Xəzərim.Ey dəniz, dalğalan,Suları səpələ,Qoy yusunüzümü, üzümü.Ey dəniz dalğalan,Çəkmərəm bircə anGözümü, gözümü.Bakıdan yol alır hər səhərGəmilər, gəmilər.Salamat, xoş olsun bu səfər,Gəmilər, gəmilər.Getsəniz hər yana,Düşməyin tufana.Baxmayınküləyə, küləyə.Gümüşü ağ sularQoy şirin arzularGətirsinürəyə, ürəyə.Seyr edin Bakımı bir baxınişığa, işığa.Mən əziz Bakıya, XəzərəAşiqəm, aşiqəm.Xəzrisi gur səsim,İstisi nəfəsim,DalğasıVüqarım, vüqarım.Mən sənin balanamBaşına dolanam,Ey gözəlDiyarım, diyarım!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-negme
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.