Ağacın bəlası
Bürümüşdü dörd yanı onun qolu-budağı,Boy-buxunda ucaydı şəhərin evlərindən.Külək əsdi, kökündən qopdu o səhər çağı,Yanındakı ağaclar nəfəs aldı dərindən.
Adamlar səs eşidib axışdılar o yerə,Düşündülər, görəsən onun dərdi nə imiş.Gördülər ki, baş alıb ucalsa da göylərə,Özü nəhəng olsa da, kökü lap üzdə imiş!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-agacin-belasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəraylı: Siz görək sani-biçun
Siz görək sani-biçun,Nə əcəb sənət eyləmiş,
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,