Dörd yandan bürüyüb qəzet köşkünü,Növbəni pozmayın – deyir adamlar.Durub əsə-əsə soyuq qış günü,Qəzeti gözüylə yeyir adamlar.

Baxıb sevinirəm bu xoş gəlişə,Qəzetlər gözləri yolda qoymasın.Hamının tox olsun qarnı həmişə,Bircə oxumaqdan gözlər doymasın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets