Gözün qadasın alım, sən nə yaxşı dilbərsən!Deyil xilaf, desəm: Leyliyə bərabərsən.

Bu qaş, bu göz, bu məlahət ki, səndə var, ey gül,Qərəz ki, afəti-cansan, nə bilsən, eylərsən!

Nə müşk zülfünə bənzər, nə çeşminə ahu,Xəta deyil bu, desəm, müşkdən müəttərsən.

O küfr-zülfün əlindən məhaldır, qutaramKi, zərrə rəhm yoxundur, sən öylə kafərsən.

Verir həyat mənə dəmbədəm ləbin zikri,Sənə fəda mən olum, sən məgər peyəmbərsən?

Bəşər desəm sənə, olmaz bəşər bu surətdə!Pəri desəm də xətadır, vəleyk digərsən.

Sənin ki atəşi-hicranə böylə tabın var,Görən deyər sənə, Vahid, yəqin səməndərsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love