Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Nə vaxtadək salacaqsan fərağına bizi sən?

Deyirdilər ki, mələk var, ona inanmazdım,Səni görən tək inandım, dedim ki, sən özünsən.

Qaşın, gözün, yerişin, qamətin qiyamətdir,Gözəlliyində tamamsan, qərəz ki, hər üzü sən.

Rəqib ilə məni bir gözdə görmə, insaf et,Gərək özün biləsən indi əyrini, düzü sən.

Nəzərdən aşiqini salma, baxma özgələrə,İnanma, alma hesaba, amandır hər sözü sən.

Səninlə xalqımızın, haqqı var ki, fəxr eləyir,Bu şanlı ölkəmizin sən şərəfli bir qızısan.

Evin yıxan da odur Vahidin, bilirsən özün,Atırsan hərdən ona naz ilə bu qaş-gözü sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets