Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb,Bisəbəb qan tökmək istərsən, nədir axır səbəb?

Vaiza, meykəşlərə daim qəzəbdir adətin,Qorx o gündən kim, sənə piri-müğan eylər qəzəb.

Eşqdə bidərdlər eylər təəccüb halıma,Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, büləcəb.

Gözlərin, ey səngdil, sındırdı könlüm şişəsin,Məstlər bəzmində olmazmış müraati-ədəb.

Dəhr ara bir gül yetirdim, dərdi gülçin aqibət,Kamə yetdi bitəəb-əğyar, mən çəkdim təəb.

Gahü gər dil istəyir busə üzündən, vəchi var,Öz fəqirindir ki, quti-layəmut eylər tələb.

Maqta — the closing couplet bearing the poet’s pen name. Mütriba, ləhni-hicaz ilə sürudun saz qıl,Ta Məhəmməd eşqinə Seyyid bu şəb etsin tərəb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love