Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam,Hər sözdə bir dilim tutulub, natəvan olam.

Ta sənsiz özgələr üzünü görməsin gözüm,Gözlərdən istərəm dəhənin tək nihan olam.

Guya qəfəsdə bülbül olur zağə həmnəfəs –Sənsiz əgər ki, həmdəmi-huri-cinan olam.

Bir zəxm urub ötüşmə səni tari, ey sənəm,Qorxum budur bu zərbət ilə nimcan olam.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ya rəb, nəsib qıl mənə Seyyid tək ol günü –Kim, növki-tiri-qəmzeyi-yarə nişan olam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets