A dost
Gülşən yapdım, güllərini yel aldı,Bir tək qönçəsini dərmədim, a dost!Bir bağça saldırdım, gəldi sel aldı,Bircə meyvəsini görmədim, a dost!
Dosta bel bağladım, tuzağa düşdüm,Cananə can dedim, uzağa düşdüm,Əfsunlanmış qızıl bir ağa düşdüm,Birlik diləyinə ermədim, a dost!
Mən baxarkən o sevdiyim Doğuya,Sən ortaq ol bu içdiyim ağuya,Orda bir gəlin var, qaldı yağıya,Onu bir doyunca sarmadım, a dost!
Bu çarpan qəlb onun, bu tək can onun,Damarlarımdakı axan qan onun,Könlümü coşduran bu iman onun,Mən özgəyə könül vermədim, a dost…
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-a-dost
Use ← → keys to move, R for a random poem
More by this author
Sən, daşqın dənizlərin qayalarla çarpışan,Yİldırımlar söndürən dalğasından yarandın.
QərbəYenə qanla dolmuş afaqın,Canavar gözlərində kin parlar.
Qərib quşumaQərib quşum, bu gəlişin nerədən,Uçub gəldin hansı dağdan, dərədən.
Qurbanın ola bilsəmAğlama, ağlama, ey gözləri buludtlu yar,Barı uzaqdan olsa, qadanı ala bilsəm…