Var-dövlət bir yana, haqq bir yanadı,Bizdən üz döndərib, dönüb cah anda.Gör kimlər qınadı, kimlər yanadı,Şahinlər sar oldu fani cahanda.

Gədaya sultanlıq yarayarmıdı?Vəfasız o, dilbər, yar, a yarmıdı.Acı zəmanədə yarayarmıdı,Xilaf çıxdı əhdə, axır cahan da.

Məmmədhüseyn, sevdin gözəl anda sən,İlqar, iman kəsib, çəkdin anda sən.İşi müşküldədi, indi an da, sən,Deyim əhdü-peyman qalıb cahanda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love