Bir bax
Dərdindən dəliyəm, mürvətin olsun,Eşqini qəlbindən yaz, yana bir bax.Şeyda bülbüllər də gül fərağında,Ətirli bir bahar, ya ana, bir bax.
Düşmür dildən o gül yanağın adı,Lalənin çöhrəsi yanağındadı.Gedərmi ağzımdan yanağın dadı,Açılmış hüsnündə yaz, ana, bir bax.
Cilvələnib çıxıb gülşən seyrinə,Yarsız cənnət olsun onun seyri nə?Məmmədhüseyni xub salıbdı sehrinə,Yaraşır al-əlvan ya ona, bir bax.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-bir-bax
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Səttar Bəhlulzadənin xatirəsinəO fırça barmaqlar büküldü birdən,O mavi gözlərin işığı söndü.