Dolanar
Bir gözəl ki, qəsdə dura, can üzə,Ömrə-günə, qəm kəsilər, dolanar.Yar deməsə daldada “çor”, “can” üzə,Mehribandı, mehribanda dolanar.
Nola eşqim ovlayasan, çalasan,Könlüm istər al sazını, çal asan.Bu ömrümü öz ömrünə calasan,Dodaq gülər, can başına dolanar.
Yar yarını çətin gündə sınayar,Bu mən, o sən istəyirsən sına, yar.Məmmədhüseynin qıyma qəlbi sına, yar,Xəstəsiyəm, sinəm üstə dola nar.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-dolanar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Nə aləm indiEşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
DağıstandaAy ariflər, gəlin sizə söyləyim,Gətirir bağçalar bar Dağıstanda.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?