Belə şux geyinib, şux gəzən gözəl,Gözlərintək çətin özgə göz olar.Əndamını görən tez qoyar məhəl,Qorxuram üstündə yaman göz olar.

Gəlsən, sağalaram olsam can üstə,Canım qurban verrəm belə can üstə.Həmdəmim ol, gündə min yol can istə,O yerdə ki səntək ceyrangöz olar.

O işvəndən, o nazından dad a dad,Tez məst olar, kimsə onu dada-dad.Ləblərindən deyər olsan dadhadad,Məmmədhüseyn qultək sənə göz olar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets