Qabaqda
Səhrin şöləsində buldum bələdi,Xoş gəldi xoşuma halı qabaqda.Pir mənə göstərdi şah məqamını,Cəmli gördüm çox cəlalı qabaqda.
Neçə sirr gördüm, sirr qaldım aşkar,Səxavət əhlini yandırarmı nar.Salavatnan işlər hər dükan, bazar,Zay olmaz dünyanın malı qabaqda.
Neçə taxt qurulub nuru münəvvər,Neçəsi zəbərcət, neçəsi gövhər.Səf-səf olub sağda, solda mələklər,Yahu-yahu deyər, qulu qabaqda.
Yahu deyib bir-birinə uydular,Yamənhu deyəndə təam qoydular.Cümlə-məxluq yeməmişdən doydular,Məcməyilər qaldı dolu qabaqda.
Bizə vacib olan somu salatdan,Təmiz ver qalmasın xümsü zəkatdan.Məmmədhüseyn xof etmə polu siratdan,İrəhbərdi Cənab Əli qabaqda.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-qabaqda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qılEy xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
Eyləmişdim, sənəma, vəslinə adət gecələrEyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.