Nolar bir yol yetişəsən haraya,Məni oda salıb yatan, a bəxtim.Çağırram, bu günü yetməsən haya,Öz işindən özün utan, a bəxtim.

Hər yana baxıram çovğun, qardı, qar,Boran mənə çəkdirir bax, ahu-zar.Yorulmazsan, tut əlimdən beyilqar,İstəyirəm səndən aman, a bəxtim.

Məmmədhüseyn yada düşüb uşaqlar,Könül Əli deyib bir daha ağlar.Rəhmə gəlin başı vüqarlı dağlar,Bəlkə öz-özünə utana bəxtim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets