A Məsmə
O gecə üzünü görəndən bəri,Könül edər səni soraq, a Məsmə.Sal, dola boynuma qara zülfləri,Qəm dağıdan dövran quraq, a Məsmə.
At rübəndi, görüm ayna qabağı,Əsirgəmə nazik türfə dodağı.Səninlə olaram ömürlük yağı,Gəzər olsan məndən iraq, a Məsmə.
Məmmədhüseynin fələk əyir işini,Çox axtarır tapa bilmir tuşunu.Qoy sinəm üstünə mərmər döşünü,Ol ömrümə şölə, çıraq, a Məsmə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-a-mesme
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Elim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,
Yada düşdüGördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
GecikdiMən tale-bəxt oyununda naşıyam,Bu torpağın yumruq boyda daşıyam.
Bilin, bu dəhri-dünyada hərə bir növ cəlal istərBilin, bu dəhri-dünyada hərə bir növ calal istər,Kimi talibdi üqbaya, kimi dünyada mal istər.