Mən tale-bəxt oyununda naşıyam,Bu torpağın yumruq boyda daşıyam.Ünvanıma işıq yükü daşıyan,Xoş xəbərlər, xoş diləklər gecikdi.

Kimə qəmdi, kimə dəmdi bu çağım.Oyan, könlüm, bu son andı, çal-çağır:Hanı cərrah, hanı cərrah bıçağı? –Ağızucu deyəcəklər: «Gecikdi...»

Yer düzələr, yox, düzəlməz bu kərki;Vədəsində getməlidi gedərgi,Mənası yox, nə xahişin, nə ərkin,Mən tələsdim, gələcəklər gecikdi.

Quba – Digah.19 iyun 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate