Dostum Ağayara

Təklikdə çaylaq daşıyam,Məni qoymayın təklənəm!Əl dəydi, çaxmaq daşıyam!Məni qoymayın təklənəm!

Bir dəryadır hər zərrəcik,Dəm zərrəcik, dərd zərrəcik,Namərdə də mərd zərrəcikDəni qoymayın təklənə!

Dağsız duman yalnız ahdı,Qara bulud yalqız axdı.Çən təkləndi – yalquzaqdı,Çəni qoymayın təklənə!

Xəlbirlənə kaş ömür də,Boş il düşə boş ömürdən...Xoş an qalar xoş ömürdən,Anı qoymayın təklənə!

Yaman çoxalıb bu azlar,Bu kəndirsiz kəndirbazlar!Körpülənin, ay Arazlar,Məni qoymayın təklənəm!

Dekabr, 1980

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets