Bilin, bu dəhri-dünyada hərə bir növ cəlal istər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bilin, bu dəhri-dünyada hərə bir növ calal istər,Kimi talibdi üqbaya, kimi dünyada mal istər.
Kimi sidq ilə qəlbdə tutub haqqın damənindən,Kimi məddahi-mövladı, kimi göyçək camal istər.
Kimi mətləbinə yetmiş, edibdir kami-dil hasil,Kimi həsrət qalıb yara, fələkdən bir macal istər.
Kimi qəvvas olub cummuş qəhərlə qəri-dəryaya,Kimi səyyad olub çıxmış, uca dağdan qəzal istər.
Ona dağdan verir ruzi, buna ol qəri-dəryadan,Bu mətləbi qanan kimsə haram gəzməz, halal istər.
Bu mətləbi qanan çoxdur, mütəlləq etiqad etməz,Bu əmrə etiqad etmək dərin mərfət, kamal istər.
Bilirsən, dünyada, qafil, qalır bu dünyanın malı,Beş arşın ağ geyən kimsə utanmaz, yaşıl, al istər.
Bilirsən, dünyada, zalım, Mələk əl-mövt alır canı,Yuyar qəssal, qoyar qəbrə, gələr Nəkreyn sual istər.
Demə, zahid, mənəm alim, oxuram əntə-sübhanı,Siratdan istəyən keçmək Xudadan pərü bal istər.
İgidlər olmasın məğrur, fəthi-nüsrət Xudadandı,Bir Allah istəyən şəxsi sevər, külli-mahal istər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ələsgər zari-dil, xəstə deyər: sərvi-xuramanım,Mənim bu natəvan könlüm səni şamu -səhər istər.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-bilin-bu-dehri-dunyada-here-bir-nov-celal-ister
Use ← → keys to move, R for a random poem
More by this author
Çərşənbə günündə, çeşmə başındaGözüm bir alagöz xanıma düşdü.
DağıtsınO cəllad qaşların qəhri, qəzəbiQəsd eylər cismimdən canı dağıtsın.
Bahar fəsli, yaz ayları gələndəSüsənli, sünbüllü, lalalı dağlar,
DağlarBir ay yarım nobahardan keçəndə,Car olur köksündən sellərin, dağlar!
Poems by other poets · Divine love
Gündoğan tərəfdən əsən badlar,Eləməyin bu boranı siz indi.
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm
Ayrı salmasınBaşına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.