Dağıtsın
O cəllad qaşların qəhri, qəzəbiQəsd eylər cismimdən canı dağıtsın.Gözün talan salar Azərbaycana,Dilin istər, Alosmanı dağıtsın.
Sürahi gərdənli, qəddi mötədil,Zəbərcəd kəlməli, misali-bülbül.Allahı sevərsən, bircə danış, gül,Dərdi, qəmi, bu sevdanı dağıtsın.
Uruhum, cismanım, nəbzim, həyatım,Zinətim, zivərim, adım, isbatım.Lisanından gəlməyəndə baratım,Naləm istər bu dünyanı dağıtsın.
Ələsgərəm, yandım, aman, əl-aman!Belə mürvət olmaz, ay qaşı kaman!Hər kim dostdan dosta qandırsa yaman,Tufanasın kərəm kanı dağıtsın!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-dagitsin
Use ← → keys to move, R for a random poem
More by this author
Ələstidən "bəli" dedim, əcəb xoşhaldı yüküm,Beş gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.
A yağa-yağaGəldi yaz ayları, həsrət çəkər xak,Deyər: – Neysan gələ a yağa-yağa.
Ay ağa, ağaDağlar sinəsində lalə seyr edər,Səri səcdə qılar ayaq- ayağa.
Ay eylər qıj-qıjQeyz eyləyər, çən çəkilər dağlara,Qəhrindən yelləri ay eylər qıj-qıj.
Poems by other poets · Nature and spring
Baği-aləmdə mənə bir güli-rənadı qərəz,Bir qədi sərv, üzü laleyi-həmradı qərəz.
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
MəniBir gəlinin gözlərinin,Yağışı öldürdü məni.